İmişlidə şin partlayıb, usta xəsarət alıb


  • 16 Avqust 23:57

İmişli rayonunda ustanın xəsarət alması ilə nəticələnən hadisə baş verib.

E-huquq.az xəbər verir ki, hadisə saat 17:00 radələrində İmişli rayonu Məzrəli kəndində qeydə alınıb.

Qoşqulu yük maşınında şin təmiri zamanı partlayış baş verib və usta xəsarət alıb.

Xəsarət alan şəxs İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Mənbə: AZƏRTAC

Oxşar xəbərlər