Məzmuna keç

Qaradağda oğurluq edən şəxs saxlanıldı

Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərindən birindən 1500 manat pul vəsaiti oğurlanıb.

DİN-dən e-huquq.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı S.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı onun digər analoji cinayət əməlləri törətdiyi də məlum olub.

Araşdırma aparılır.