- 17:24
Tərtər rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan e-huquq.az-a bildirilib ki, hadisə rayonun Hüsənli kəndi ərazisində qeydə alınıb.
Belə ki, bu gün saat 18 radələrində Bərdə rayon sakini Zülfüqar Bayramov Hidayət oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu nəzərdə tutulmayan yerdən keçən Cəmilə Zeynalova və Mahirə Qədimovanı vurub. Nəticədə hər iki piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.