Masazırda 48 yaşlı kişi qətlə yetirilib, arvadı tutulub


  • 12:27

Abşeronda qadın ərini öldürməkdə şübhəli bilinir.

E-huquq.az-ın xəbərinə görə, avqustun 19-da saat 12 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən, arvadı - 1983-cü il təvəllüdlü A.Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Oxşar xəbərlər