Şamaxıda maşın dərəyə aşdı, bir nəfər öldü


  • 23:10

Şamaxının Çuxuryurd kəndi ərazisində “Niva” markalı avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

E-huquq.az xəbər verir ki, qəza nəticəsində 1956-cı il təvəllüdlü Şövkət Aslanova hadisə yerində ölüb. Avtomobilin sürücüsü, 1951-ci il təvəllüdlü Mətləb Aslanov ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər