- 19:53
Salyanda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə Ələt-Astara-İran magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı istiqamətində sürətlə hərəkətdə olan avtomobil qəfil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Əsədova Səlbi hadisə yerində həyatını itirib, 2 nəfər isə ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbləri araşdırılır.