- 18:35
Gəncə şəhərində 49 yaşlı qadın qətlə yetirilib.
E-huquq.az xəbər verir ki, hadisə Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Yeni Qəsəbə adlanan ərazidə baş verib.
49 yaşlı Qərənfil Muxtarova evində boğularaq öldürülüb. İlkin ehtimala əsasən, qadının qətlində oğlu, 2002-ci il təvəllüdlü Elgün Mirzəyev şübhəli bilinir.
Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkfaşları cəlb edilib.
Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma aparılır.