- 12:01
Xalq artisti Şükufə Yusupovanın keçirdiyi ağıl yol qəzasının bəzi təfərrüatları məlum olub.
E-huquq.az-ın məlumatına görə, hadisə ötən gün saat 18.00-da paytaxtın Səbail rayonunda yerləşən Həsən Seyidbəyli küçəsi "İçərişəhər" metrostansiyası yaxınlığında qeydə alınıb.
Belə ki, Hüseynli Həsən Qorxmaz oğlunun idarə etdiyi 77-UD-238 dövlət qeydiyyat nişanlı "Nissan Note" markalı avtomobil yolu keçən 1954-cü il təvəllüdlü Şükufə Mühəddin qızı Yusupovanı vurub.
Hadisə nəticəsində Xalq artisti müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
***
14:25
Avqustun 21-i saat 18:44 radələrində 1954-cü il təvəllüdlü qadın Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.
E-huquq.az xəbər verir ki, bu barədə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
O qeyd edib ki, pasiyentə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb:
"Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir".
***
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü, Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova ağır yol nəqliyyat hadisəsi keçirib, hazırda vəziyyəti ağırdır.
E-huquq.az xəbər verir ki, bu barədə AKİ İttifaq məlumat yayıb.
Qeyd olunub ki, Xalq artisti Kliniki Tibbi Mərkəzə gətirilib, əməliyyat tələb olunur.