- 22:13
Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
E-huquq.az xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107", "Mercedes" və daha bir minik maşınının toqquşması nəticəsində 2 nəfər ölüb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Qəza zamanı daha bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.