- 22 Avqust 22:13
Sabirabad rayonunda motosikletçinin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, Sabirabad şəhərində qeydə alınan qəza zamanı Saatlı şəhər sakini – 1986-cı il təvəllüdlü Kərimov Seyfəli Arif oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil ilə Sabirabad şəhər sakini – 1958-ci il təvəllüdlü Əliyev Əlxan Məzahir oğlunun idarə etdiyi motosiklet toqquşub.
Hadisə nəticəsində motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma aparılır.