- 12:00
Avqustun 22-də Qərbi Abşeron yatağı, 50 saylı platformada iş prosesi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində SOCAR AQŞ-nin əməkdaşı Abbasov Nizami Ələddin oğlu həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə SOCAR AQŞ-dən bildirilib.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Nizami Abbasovun qaldırıcı qurğunun aşması nəticəsində həlak olduğu bildirilir.
Mənbə: APA