Bakıda yaşayış binasında yanğın oldu


  • 22:13

Bakı şəhəri, Xətai rayonunda, yaşayış binasında yanğın baş verib.

E-huquq.az xəbər verir ki, yanğının Həzi Aslanov metrostansiyasının yaxınlığındakı binalardan birində başladığı bildirilir.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Yanğının səbəbi hələ ki, məlum deyil.

Oxşar xəbərlər