- 11:58
Oğuzda minik avtomobili aşıb, xəsarət alanlar var.
E-huquq.az-ın məlumatına görə, xəsarət alanlardan 6-sı bir ailənin üzvüdür.
Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Oğuz rayonunun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.
37 yaşlı Aybəniz Sadıqovanın idarə etdiyi "Mercedes" markalı avtomobili idarəetmədən çıxaraq aşıb. Qəzadan sonra sürücü Aybəniz Sadıqova, avtomobildə olan sərnişinlər - sürücünün anası M. Balammədova, atası R. Balammədov, üç övladı və sürücünün dayısı 65 yaşlı A. Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi yardım şöbəsinə yerləşdirliiblər. Hazırda müalicə və müayinələri davam etdirilir.
Qeyd edək ki, qəzaya düşən şəxslər Oğuzun Padar kənd sakinləridir. Onlar Rusiya Federasiyasında yaşayırlar. Oğuza isə bir müddət əvvəl yay tətilinə gəzməyə gəliblər.
Faktla bağlı araşdırma aparılır.