- 26 Avqust 10:04
Hövsan qəsəbəsində açıq ərazidə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.