Bakıda güclü külək 2 qadının xəsarət almasına səbəb oldu


  • 09:41

Güclü küləyin təsiri nəticəsində 2 qadın Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

E-huquq.az əbər verir ki, bu barədə nazirlik məlumat yhayıb.

Qeyd olunub ki, ötən gün saat 20:20-də 1952-ci il təvəllüdlü qadın güclü külək səbəbindən yıxılaraq xəsarət alıb. Zərərçəkən tibbi müayinədən keçirilib və ona sağ pəncənin IV daraq sümüyünün sınığı diaqnozu qoyulub, müvafiq tibbi yardım göstərilib.

Həmin gün saat 20:40-da 1987-ci il təvəllüdlü qadın isə güclü küləyin təsiri ilə qapının hərəkət etməsi nəticəsində əlindən xəsarət alıb. Tibbi müayinə zamanı ona sol əlin 3-4-cü barmaqlarının kəsilmiş yarası diaqnozu qoyulub, müvafiq tibbi yardım göstərilib.

Müraciət edənlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və onlar ambulator müalicə üçün evə buraxılıblar. Ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

Oxşar xəbərlər