- 28 Avqust 09:41
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.
Avtomobil yolda qarşı tərəfə keçən Naxçıvan şəhər sakini, 1985-ci il təvəllüdlü Loğman Qələndər oğlu Quliyevi vurub. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.