- 12:23
Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, şəhərin Köhnə Yaşayış Massivi adlanan ərazisində "Hyundai" markalı yük maşını və "Xəzər" markalı minik avtomobil toqquşub.
Hadisə zamanı 1 nəfər ölüb, 1-i isə xəsarət alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.