- 09:56
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəktədə olan "Ford Fusion", "KİA" və "VAZ 2107" markalı minik maşınları toqquşub.
Qəza zamanı 1986-cı il təvəllüdü Ü.Rəsulova, 1995-ci il təvəllüdlü İ.Ələkbərov və 2008-ci il təvəllüdlü M.Muradov xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Mənbə: APA