Beyləqanda avtomobillər toqquşdu, ölən və yaralanan var


  • 19:31

Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

E-huquq.az xəbər verir ki, hadisə rayon yolunda qeydə alınıb.

Belə ki, "Ford" və "VAZ" markalı avtomobillər toqquşub. Nəticədə 64 yaşlı Seymur Kərimov və onun qızı, 30 yaşlı Aytən Muradova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, S. Kərimovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər