- 7 Sentyabr 21:00
Hacıqabul rayonunda avtomobil aşıb, ölənlər və xəsarət alanlar var.
E-huquq.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğan kəndi istiqamətində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.