Şəkidə istirahət mərkəzində kanat qırılıdı - İki nəfər öldü


  • 18:56

Bu gün saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şəki rayonu, “Şəki Yaylası” istirahət mərkəzindən çağırış qeydə alınıb.

TƏBİB-dən e-huquq.az-a verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

İlkin məlumata görə, ölüm halı istirahət mərkəzində kanat qırılması nəticəsində baş verib.

Oxşar xəbərlər