Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı


  • 10:09

Sentyabrın 11-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Oxşar xəbərlər