Məzmuna keç

Bakıda silahlı insident olub

Bakının Sabunçu rayonunda silahlı insident olub.

Bakının Sabunçu rayonunda silahlı insident olub.

E-huquq.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində törədilib.

İlkin məlumata görə, Suraxanı rayonu, Əliheydər Qarayev küçəsində qeydiyyatda olan 1972-ci il təvəllüdlü Məmmədov Ramiz Hümbət oğlu İlkin adlı şəxs tərəfindən güllələnib. Belə ki, həmin şəxs mübahisə zamanı avtomobilindəki odlu silahı götürərək R.Məmmədova ağır xəsarətlər yetirib. Xəstəxanaya çatdırılan R. Məmmədov orada dünyasını dəyişib. Ehtimal olunur ki, silahlı şəxs ona lüləsi kəsilmiş ov silahından ("Obrez") atəş açıb.

Faktla əlaqədar Sabunçu polisi və Prokurorluğu əməliyyat-axtarış işlərinə başlayıb.