Ötən gün ərzində törədilmiş 23cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə, ümumilikdə, 17nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 31nəfər saxlanılıb.
