Məzmuna keç

DİN paytaxtda baş verən silahlı insidentlə bağlı məlumat yayıb

DİN paytaxtda baş verən silahlı insidentlə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi paytaxtda baş verən silahlı insidentlə bağlı açıqlama yayıb.

E-huquq.az xəbər verir ki, iyunun 14-də, saat 1 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Şərur rayon sakini, 47 yaşlı Ramiz Məmmədovun qırma yarası ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə ağır cinayətin R.Məmmədovun qaynı, Siyəzən rayon sakini R.Şirinov tərəfindən törədilməsi müəyyən edilib.

Əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Şirinov könüllü olaraq 12-ci Polis Şöbəsinə gələrək istintaqa təslim olub və cinayəti törədərkən istifadə etdiyi “Vinçester” markalı tüfəngi təhvil verib.