2020-ci ilin birinci yarımilində 1291 qadına qarşı cinayət törədilib.
E-huquq.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında məlumat verilib.
Qeyd edilib ki, 2019-cu ildə isə 3091 qadına qarşı isə cinayət törədilib.
Qadınlar tərəfindən törədilən cinayətlərə gəlincə, 2020-ci ilin birinci yarımilində 463, 2019-cu ildə isə 1039 qadın tərəfindən cinayət törədilib.
Qeyd edək ki, qadınlar tərəfindən və onlara qarşı törədilən cinayətlərin statistikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən aparılır.
