Baş Prokurorluq paytaxtda müəllimin intihar etməsi ilə bağlı məlumat yaydı - YENİLƏNDİ


  • 17 Sentyabr 2020 15:23

Baş Prokurorluq Bakıda müəllimənin intiharı ilə bağlı yayılna məlumatlara münasibət bildirib.

Baş Rpokurorluğun Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumatda deyilir ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın paytaxtın Nərimanov rayonunda hündürmərtəbəli binadan özünü ataraq intihar etməsi barədə məlumatlar yayılmışdır.

Bildiririk ki, sentyabrın 16-da saat 15 radələrində paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbə sakini Naidə İsayevanın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü ataraq intihar etməsi barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilmiş, o cümlədən digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə istintaq tədbirləri davam etdirilir.

***

15:18

Bakıda 121 nömrəli tam orta məktəb müəllimin özünü yaşadığı binadan atması ilə bağlı məlumata münasibət bildirib.

Məktəbdən e-huquq.az-a verilən məlumata görə, məktəbin ibtidai sinif müəllimi İsayeva Naidə Namiq qızının 16 sentyabr tarixində özünü Nərimanov rayonu ərazisindəki yaşadığı binanın yuxarı mərtəbəsindən aşağı atdığı haqqında məlumat daxil olub:

"Təəssüflə qeyd edirik ki, hadisə nəticəsində Naidə İsayeva vəfat edib. Onu da qeyd edək ki, Naidə İsayeva həmin gün (16 sentyabr) zəng edərək özünü narahat hiss etdiyi üçün işə gələ bilməyəcəyini demişdi. N.İsayeva məktəbdə bacarıqlı, sakit və savadlı bir müəllim kimi tanınmışdı. Hadisədən kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Bizdə olan məlumata əsasən hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

Oxşar xəbərlər