Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir.
E-huquq.az xəbər verir ki, “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının məlumatına görə, düşmənin növbəti dəfə atdığı top mərmilərdən biri Füzuli rayonun ərazisində yerləşən və bir neçə kəndin ərazisinə yaxın olan otlaq sahələrinə düşüb.
Nətticədə həmin ərazilərdə güclü yanğın baş verib.
Kənd sakinləri “Report”un əməkdaşına bildiriblər ki, düşmənin təxribatı nəticəsində onların fərdi yaşayış evləri, təsərrüfatları və otlaq sahələri ziyan görüb.
