Məzmuna keç

Gəncədə 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb –

Ermənistanın Gəncəyə endirdiyi raket zərbələri nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb.

Bu barədə E-huquq.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan ordusunun Ermənistanla sərhəddən 60 km aralıda, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə insanların sıx yaşadığı yaşayış məntəqələrinə raket zərbəsi endirməsi nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb. Şəhərə böyük ziyan dəyib.