Cəlilabad rayonunun Abdullu kəndində yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə zamanı “VAZ-21099” və “VAZ-2107” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində bir neçə nəfər ağır xəsarət alıb. Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisənin başvermə səbəbləri araşdırılır
