Məzmuna keç

İqtisad Universitetində yanğın olub – VİDEO

İqtisad Universitetində yanğın olub

Fövqəladə Hallar Nazirliyi paytaxtda baş verən yanğınla bağlı məlumat yayıb.

E-huquq.az xəbər verir ki, yanğın paytaxtın Səbail rayonunda yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında baş verib.

Hadisə nəticəsində üçmərtəbəli binanın ikinci mərtəbəsində ümumi sahəsi 127 kv.m olan otaqda rəflər, sənədlər, 15 kv.m sahədə bir ədəd kondisioner və dörd ədəd kompüter yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.