Məzmuna keç

Bakıda gölə çirkab suyu axıdan şəxs barəsində protokol tərtib edilib

Bakıda gölə çirkab suyu axıdan şəxs barəsində protokol tərtib edilib

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

DİN-in Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, Bakının Sabunçu rayonu ərazisində keçirilən növbəti belə tədbir zamanı Biləsuvar rayon sakini E.Əmirovun “QAZ-53” markalı avtomobili ilə rayon ərazisindəki gölə çirkab sularını axıtması faktı aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsinin tələblərini pozduğuna görə E.Əmirov barəsində protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.