Məzmuna keç

Qubada DİN-in keçmiş vəzifəli əməkdaşı koronavirusdan vəfat etdi

Uzun illər Daxili İşlər Nazirliyinin Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisinin rəisi işləyən Alim Şadıyev yeni növ koronavirus infeksiyasından vəfat edib.

E-huquq.az xəbər verir ki, mərhum bu vəzifədə 18 il işləyib.

A. Şadiyev əmək fəaliyyətinə Dağıstanın Mahaçqala şəhərində polis orqanlarında işləməklə başlayıb.

1990-cı ildə Quba Rayon Poliss Şöbəsində inspektor, 1991-ci ildən 2009-cu ilədək Quba DYP bölmə rəisi vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Mənbə: Report