Məzmuna keç

FHN Masallıda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb

FHN Masallıda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Masalllı rayonunda baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb.

E-huquq.az nazirliyin saytına istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Masallı rayonunda “Mercedes” markalı mikroavtobus və "КамАЗ" markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda olan 7 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.