Məzmuna keç

Masallıda 8 nəfərin öldüyü qəzanın görüntüləri yayılıb – FOTO – VİDEO

Mikroavtobusda olanların hamısı qohum olublar.

Masallıdakı dəhşətli qəzanın təfərrüatı məlum olub.

E-huquq.az xəbər verir ki, "Mercedes Vito” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan "KAMAZ” markalı yük maşınına çırpılıb.

Dəhşətli qəzada mikroavtobusdan yalnız 24 yaşlı qadın – 1995-ci il təvəllüdlü, Lerik rayonu Kəlvəz kənd sakini Tağıyeva Miranə Atalı qızı yaralı halda Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

"KAMAZ” markalı maşının sürücüsü, 1988-ci il təvəllüdlü Elvin Zeynalov qəzadan xəsarət almadan xilas ola bilib.

İlkin məlumata görə, mikroavtobusda olanların hamısı qohum olublar və Bakıdan Lerikə toya gedirmişlər.

Görüntüləri təqdim edirik:

Mənbə: Oxu.az