Məzmuna keç

FHN Bakıda 5 xarici vətəndaşı ölümdən xilas etdi

FHN Bakıda 5 xarici vətəndaş ölümdən xilas etdi 

İyulun 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən çimərkən batma təhlükəsi ilə üzləşən altı nəfər xilas olunub.

E-huquq.az FHN-ə istinadən xəbər verir ki, xilasetmə əməliyyatları Novxanı və Şıxov sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə aparılıb.

Xilas edilənlərdən beş nəfəri xarici ölkə vətəndaşıdır.