Bakıda avtobus qəzası - Yaralı var


  • 24 Fevral 2021 21:52

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Metronun “Qara Qarayev” stansıyasının yaxınlığında hərəkətdə olan sərnişin avtobusu yolu keçən 1988-ci il təvəllüdlü Qarayev Məhəmməd Ramiz oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Yaralıya baş nahiyəsinin əzilmiş və cırılmış diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər