FHN-dən “Meyvəli” bazarında baş verən yanğınla bağlı açıqlama - YENİLƏNDİ


  • 28 Fevral 2021 22:32

Bakının Qaradağ rayonu ərazisində "Meyvəli" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, hadisə ticarət mərkəzindəki köşklərdən birində baş verib.

Əraziyə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib. Yanğının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

***

20:57

Bakının Qaradağ rayonu ərazisində yerləşən "Meyvəli bazar" itcarət mərkəzində yanğın baş verib.

E-huquq.az xəbər verir ki, hadisə ticarət mərkəzində yerləşən mağazalardan birində baş verib.

hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürüb.

Oxşar xəbərlər