Marketdə məhsulları əzən generalın oğludur


  • 5 May 2021 11:52

Marketdə məhsulları yararsız hala salan Rüstəm Orucovun generalın oğlu olduğu məlum olub.

E-huquq.az-ın xəbərinə görə, Bakıda marketdə məhsulları yararsız hala salanlardan biri Rüstəm Orucov bir neçə il əvvəl məhkum olunub. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general Novruzəli Orucovun oğludur.

Xatırladaq ki, R. Orucov 2017-ci il iyulun 3-də avtobus sürücüsünə qarşı xuliqanlıq etdiyi üçün həbs olunub. Binəqədi rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhz həmin vaxt general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

Oxşar xəbərlər