Vəkillər Kollegiyasının üzvü Cavid Sultanovun fəaliyyət göstərdiyi ofisin tavanı uçub.
E-huquq.az xəbər verir ki, bu barədə vəkil özü məlumat yayıb. O, baş verən hadisəyə belə reaksiya verib: "Təqribən saat 22:00-a qədər vəkil kimi fəaliyyət göstərdiyim kabinetdə olmuşam. Daha sonra otağı tərk etmiş və 23:30-da sənədlərimi götürmək üçün yenidən iş otağıma qayıtdıqda bu mənzərə ilə qarşılaşmışam".
