Məzmuna keç

Bibisini öldürən gənc: “Elə bilirdim ki, sevdiyi oğlan var”

Bibisini öldürən gənc: "Elə bilirdim ki, sevdiyi oğlan var"

Şəmkirdə bibisini qətlə yetirən 20 yaşlı gəncin istintaqa verdiyi ilkin ifadəsi məlum olub.

E-huquq.az məlumata görə, Ayxan Zamanov ilkin ifadəsində bibisini qısqanclıq zəminində öldürdüyünü bildirib:

"Tez-tez telefonda kiminləsə danışır, görüş yeri təyin edirdi. Əvvəl elə bilrdim ki, sevdiyi oğlan var. Bir neçə dəfə izlədim, telefonla danışıb evdən çıxandan sonra arxasınca getdim. Sona gördüm ki, hər dəfə ayrı-ayrı oğlanlarla görüşür. Axşam evə gələndə soruşdum ki, hardan gəlirsən? O da mənə dedi ki, "özüm bilərəm, sən kimsən məni sorğu-sual edirsən". Biz mübahisə elədik. Mən mətbəxə keçərək oradan götürdüyüm bıçaqla başladım bibimə zərbələr vurmağa. Həmin vaxt özümdə deyildim. Sonradan bildim ki, 12 bıçaq zərbəsi vurmuşam".

Qeyd edək ki, 1999-cu il təvəllüdlü A.Zamanov Şəmkir şəhərinin Səttarxan küçəsindəki yaşadığı evdə bibisi, 1980-ci il təvəllüdlü Aynurə Zamanovanı çox saylı bıçaq zərbələri ilə qətlə yetirib. Daha sonra A.Zamanov polisə könüllü təslim olub və bibisini qısqanclıq zəminində öldürdüyünü deyib.

Mənbə: Report