Bu gün Xəzərin Azərbaycan sahilində İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin batmasına ağır yük və fırtınalı hava şəraiti səbəb olub.
E-huquq.az xəbər verir ki, gəminin heyət üzvlərinin xilas edilməsində iştirak edən Azərbaycan sərhəd gözətçi gəmisinin komandiri, üçüncü dərəcəli kapitan Nəhmət Quliyev deyib ki, Xəzərdə İran gəmisinin batmasına ağır yük və fırtınalı hava şəraiti səbəb olub.
Qeyd edək ki, Lənkəran limanı yaxınlığında qəzaya uğrayan İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru – yük gəmisində xilas edilən 9 nəfər heyət üzvü Bakıya gətirilib.
Mənbə: Report
