Məzmuna keç

Lənkəranda su quyusuna düşən şəxs çıxarıldı

Lənkəranda su quyusuna düşən şəxs çıxarıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Lənkəran şəhərində 1 nəfərin su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə E-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri vətəndaşı su quyusundan çıxararaq köməklik ediblər.