Məzmuna keç

Tərtər sakini bədbəxt hadisə nəticəsində öldü

Daşkəsəndə bədbəxt hadisə baş verib

Daşkəsən rayonu, Əmirvar kəndində bədbəxt hadisə baş verib.

E-huquq.az-ın xəbərinə görə, kəndə qonaq gəlmiş 1962-ci il təvəllüdlü Tərtər rayon sakini Kərimov Əliş Rəhim oğlu Əmirvar çayının kənarı ilə hərəkət edən zaman hündür qayalıqdan yıxılaraq çaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.