Məzmuna keç

Qubada toy karvanı qəzaya düşdü: xəsarət alanlar var

Quba rayonunda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib

Quba rayonunda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Qələdüz kəndi ərazisində qeydə alınıb.

Şadlıq sarayına gedən toy karvanının önündə gedən "Niva" markalı avtomobillə qarşı tərəfdən gələn "VAZ-2107" markalı avtomobil toqquşub.

Nəticədə 2 nəfər qadın olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılara Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report