Məzmuna keç

Gəncədə yanğın olub, bir nəfər xəsarət alıb

Gəncədə yanğın olub, bir nəfər xəsarət alıb

Gəncə şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi olub.

E-huquq.az xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda tullantıların atıldığı yerdə baş vermiş yanğın yaxınlıqdakı fərdi evə keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub.

Hadisə zamanı 1 nəfərin xəsarət aldığı bildirilir.

Mənbə: Report