Əməkdar artist Yaqub Zurufçu vəfat etdi


  • 14 Sentyabr 2021 18:57

Koronavirusdan əziyyət çəkən əməkdar artist Yaqub Zurufçu vəfat edib.

Bu barədə e-huquq.az-a "Yeni Klinika"dan məlumat verilib. Sənətçinin yaxın saatlarda vəfat etdiyi bildirilib.

Xatırladaq ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. 1989-cu ildə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb.

Oxşar xəbərlər