Məzmuna keç

Bakıda dələduzluq edən Qazaxıstan vətəndaşının ibtidai istintaqı başa çatdı

Bakıda dələduzluq edən Qazaxıstan vətəndaşının ibtidai istintaqı başa çatdı

Bakıda dələduzluqda təqsirləndirilən İlkin Əliyev, Malik Heydərov və Rinat Qabitovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Bir neçə il əvvəl Amil Yusifov Bakı Şəhər Baş Polis İdarəsinə şikayət edərək bildirib ki, Qazaxıstan vətəndaşı olan R.Qabitov onu siqaret biznesi qurmaq adı ilə aldadaraq 525 min ABŞ dollarını alıb.
Daha sonra R.Qabitov saxlanılıb.

İstintaq dövründə Qazaxıstan vətəndaşı ilə yanaşı İ.Əliyevlə M.Heydərovun da cinayət törətdiyi məlum olub və hər iki şəxs saxlanılıb.

Qeyd edək ki, A.Yusifov daha əvvəl ləğv edilmiş MTN-nin keçmiş idarə rəisi, general Sübahir Qurbanov və digərlərinin cinayət işində zərərçəkmiş qismində tanınıb. MTN əməkdaşları onu ölkəyə qaçaqmalçılıq yolu ilə siqaret gətirməkdə şübhəli bilib saxlayıblar. Daha sonbra ondan pul alaraq buraxıblar.