Bakı şəhəri, Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın başlayıb.
Hadisə şahidlərinin e-huquq.az-a verdiyi məlumata görə, yanğın mərkəzin "Təsərrüfat bazarı" hissəsindəki anbarda qeydə alınıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
