Ötən gün Bakıda ana və iki azyaşlı övladının öldütülməsi cəmiyyətdə böyük səs-küyə səbəb olub. Belə ki, Nizami rayonunda 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və onun övladları – 2008-ci il təvəllüdlü Lamiyə Qaraxanlı, 2011-ci il təvəllüdlü Ataxan Qaraxanlı qətlə yetirilib.
Bəs bu cinayəti törədən şəxsi hansı cəza gözləyir?
Əvvəlcə bildirək ki, faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 1981-ci il təvəllüdlü Əhəd Əliyev şübhəli şəxs qismində saxlanılıb.
E-huquq.az xəbər verir ki, məhkəmə tərəfindən Əhəd Əliyevin qeyd edilən maddi ilə – Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi cinayət əməli sübuta yetirilərsə, o, on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Qeyd edək ki, ilkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyevin cinayəti tamah məqsədi ilə törətdiyi bildirilir. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.
